British School in Baku Azeri

British School in Baku

Baku images

11/12-ci Siniflər

11/12-ci siniflər

9-cu sinifdən başlayaraq şagirdlərə universitetlərə qəbul ilə bağlı istiqamət və tövsiyyələr verilir.  Onlara universitetlərə qəbul anketlərinin doldurulmasında təcrübəli mütəxəssislər köməklik göstərir. 

Geyim

Gələcək tələbə həyatına hazırlığın bir hissəsi kimi şagirdlərin rəsmi üslubda geyim seçməkləri məqsədə uyğun sayılır. Cins şalvar və ətək, mayka, idman ayaqqabıları və qeyri-adi üslubda saç düzümlərinə icazə verilmir. Bunları etməkdə məqsədimiz şagirdləri  iş həyatına alışdırmaq və aşağı siniflərdə oxuyan şagirlərə nümunə gətirməkdir.       

 Cəmiyyətə xidmət / İctimai ximət

BSB-nin önəm verdiyi missiyalardan biri şagirlərə cəmiyyətə xidmətin vacibliyini anlatmaq və xidmət göstərmək istəyinin formalaşdırılmasıdır. Məktəb bir neçə  xeyriyyəcilik layihələrinə qoşularaq cəmiyyətə xidmət proqramını həyata keçirir.  12-ci sinif şagirdləri Şagirdlər Şurasına seçilmək imkanını əldə edirlər. Bunun üçün onlar xüsusi intervyudan keçməlidirlər. BSB artıq Birləşmiş Millətlər Təşkilatının məktəb şagirdləri üçün yaradılmış modelinə qoşulubdur. Bu da öz növbəsində şagirdlərin  müzakirə bacarıqlarının inkişafına xidmət edir.