British School in Baku Azeri

British School in Baku

Baku images

Missiyamız və Məqsədimiz

Yaşamağı öyrən

Biz hesab edirik ki, məktəbin üzərinə düşən vəzifə təkcə təhsil vermək deyil, həmçinin də həyat boyu insanın köməyinə gələ biləcək biliklərin əldə etmək bacarığının mənimsədilməsidir.

 

Bakıda Britaniya Məktəbinin məqsədi:

  • Şagirdlərə qayğı göstərmək, onları dəstəkləmək,  hər birinə individual olaraq yanaşmaq, onlarda vətənpərvərliyi və digər vacib keyfiyyətləri aşılamaq, şagirdlərdə mübariz ruh yetişdirmək;
  • Şagirdlərə bilik vermək, onlarda oxumağa həvəs yaratmaq;
  • Şagirdlərə Böyük Britaniya və Azərbaycan Milli Tədris Proqramları əsasında dərs keçmək, onlara dünyanın ən yaxşı universitetlərinə vəsiqə qazandırmaq;
  • Şagirdləri beynəlxalq mühitdə yaşamağa hazırlamaq və mədəniyyət müxtəlifliyinə hörmətlə yanaşmağı öyrətmək;
  • Şagirdləri fəal olmağa sövq etmək;
  • Valideynlərlə mütəmadi olaraq əlaqə saxlamaq, onların şagirdlərin təhsilində yaxından iştirak etmələrini təmin etmək.