British School in Baku Azeri

British School in Baku

Baku images

Azərbaycan Departamenti

“BSB” Tam Orta İnnovasiyalar Məktəbi 2007-ci ildən fəaliyyət göstərir.  Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziyadan keçmişdir. Eyni zamanda məktəb Kembric İmtahanlar Şurası və Böyük Britaniyanın İxtisas və Kurrikulum Assosiasiyası tərəfindən rəsmi qeydiyyatdan keçib. 

İngiltərənin Milli Tədris Proqramı ilə bərabər məktəbdə Azərbaycan Departamenti  müəllimləri tərəfindən azərbaycan və rus dillərində azərbaycan dili və ədəbiyyatı, azərbaycan tarixi və coğrafiyası fənləri də tədris olunur. Göstərilən fənlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris Proqramına uyğun olaraq yüksək ixtisaslı müəllimlər tərəfindən  tədris olunur. Şagirdlərin bu fənlərə olan marağını artırmaq və tədris materialının daha yüksək səviyyədə mənimsədilməsini təmin etmək məqsədi ilə kompyuter, interaktiv lövhələr və başqa müasir avadanlıqlardan geniş istifadə olunur. Şagirdlərin biliklərini yoxlamaq üçün müxtəlif mövzularda müsabiqələr keçirilir. Məktəbi bitirən yerli şagirdlərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tam orta təhsil haqqında sənədi (attestatı) verilir.  Məktəbdə Azərbacan Respublikasının milli bayram və matəm günləri də diqqətdən kənarda qalmır.  Məktəbin xarici şagird və müəllim heyəti, xarici valideynlər ölkəmizin milli ənənələrini hörmət  və maraqla izləyirlər.