British School in Baku Azeri

British School in Baku

Baku images

IGCSE Tədris Proqramı

Aşağıda gətirilən sitat oxucularımıza IGCSE, yəni Orta Təhsil Haqqında Beynəlxalq Sertifikat barədə məlumat üçün Kembric İmtahanlar Şurasının veb səhifəsindən alınmadır:

                “Kembric IGCSE  14-16 yaş şəgirdlər üçün dünyada ən çox istifadə edilən beynəlxalq tədris proqramıdır. Proqramı bitirən şagirdlərə dünyanın bütün ölkələrində tanınan və dəyər verilən İGCSE sertifikatları verilir. Hazırlanmasında bir çox məktəblərin tövsiyəsi olan Kembric İGCSE tədris proqramı həm də Kembric A / AS səviyyələrində təhsili davam etdirmək üçün zəmin yaradır….. “

BSB-nin orta məktəb şagirdləri  (14-16 yaş) Kembric IGCSE proramına uyğun olaraq səkkiz fənnə qədər fənn seçib təhsili davam etdirirlər. Bu fənlər arasında İngilis dili (ingilis dili ana dili olan şagirdlər üçün  İngilis ədəbiyyatı), dəqiq elmlər, riyaziyyat, İKT və idman fənləri  icbari şəkildə yer alir. Sadalanan fənlərdən əlavə şagirdlər coğrafiya, tarix, biznes, incəsənət, fransız, alman, rus və ya əlavə ingilis dili fənləri arasından daha iki fənn seçib təhsilini davam etdirə bilərlər.