British School in Baku Azeri

British School in Baku

Baku images

Müraciət Qaydası

Məktəbə şagirdlərin qəbulu ilə bağlı müraciətlər il ərzində istənilən zaman edilə bilər. Lakin qəbul imtahanları müəyyən cədvəl üzrə həyata keçirilir. Qəbul imtahanların ilk mərhələsi Fevral ayının axırında başlayır, növbəti isə - İyunda, və əgər siniflərdə boş yerlər qalarsa Avqust ayındada son qəbul imtahanları keçirilir.

Məktəbə qəbul üçün müraciət edərkən valideynlər aşağıdakı sənədləri məktəb ofisinə təqdim etməlidirlər:

  1. Qeydiyyat və sağlamlıq anketləri (məktəb tərəfindən verilir);
  2. 3x4 4 ədəd rəngli foto şəkillər;
  3. Doğum haqqında şəhadətnamənin sürəti;
  4. Valideynlərin şəxsiyyət vəsiqələrinin və ya pasportlarının sürəti;
  5. Əvvəlki məktəbdən qiymət cədvəli (İngilis dilinə tərcümə olunmalıdır);
  6. Anket rüsumu (application fee);

Sənədlərin toplanması başa çatdırıldıqdan sonra, şagird qəbul imtahanı verir və  imtahan nəticələrinə uyğun olaraq təhsil alacağı qrup müəyyən olunur. Imtahandan uğurlu nəticə görsədən şagirdlər, qeydiyyat rüsumu ödədikdən sonra məktəbimizə qəbul olunur, əks halda, imtahan nəticəsi kifayətləndirici deyilsə, müraciət edən şagird bir müddət məktəb tərəfindən təklif olunmuş hazırliq kursu keçir və növbəti imtahana qatılmaq üçün vəsiqə qazanır. Yeni il üçün qəbul prosedurun tez başlanmasının səbəbi də odur ki, müraciət edən şagirdlərin bilik səviyyəsi aşağı olduqda onları Sentabr ayına qədər hazırlayıb, lazım olan səviyyəyə çatdırmaqdır. 

Hansı istiqamət seçilməlidir?

Valideynlər məktəbə qəbul üçün müraciət edərkən, övladlarının hansı istiqamət üzrə təhsil almasını istədiklərini əvvəlcədən düşünməlidirlər. Təqdim etdiyimiz informasiya paketində hər istiqamət haqqında geniş məlumat verilir. Britaniya istiqamətinə müraciət etmək istəyən valideynlər bilməlidirlər ki, bu istiqamət üçün həm şagirdin həm valideynin özünün İngilis dili biliyi səviyyəsi yüksək olmalıdır.

Daha sonra nə etməli?

Əgər Siz şagirdin hansı istiqamət üzrə təhsil alacağı barəsində artıq dəqiq qərarınızı vermisinizsə, yuxarıda göstərilmiş ardıcıllıqla sənədləri məktəbə təqdim edin. Əgər qəbul qaydaları və qəbul proseduru barəsində daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, məktəb ofisi ilə əlaqə saxlayıb Direktor və ya Orta məktəbin rəhbəri (Head of Secondary) ilə görüş təyin edə bilərsiniz. Onlar Sizi maraqlandıran hər bir məsələ ilə bağlı izahat və lazım gələrsə tövsiyə edə bilərlər.