British School in Baku Azeri

British School in Baku

Baku images

Sat's Testləri

Həm məktəb, həm də  valideynlər  üçün şagirdlərin dərsləri nə dərəcədə mənimsədiyini bilmək çox vacibdir.

Təhsil sistemi bizə şagirdlərin göstərdikləri nəticələri Britaniya məktəblərinin nəticələri  ilə müqayisə etməyə imkan verir.

Müəllimlər şagirdlərə müntəzəm olaraq imla yazdırır və  mövzuya uyğun testlər verirlər. Şagirdlərin əldə etdikləri nəticələr Britaniya standartlarına uyğun tətbiq edilmiş qiymətləndirmə cədvəlində qeyd edilir.

Bu testlər İngiltərədə bütün 1 və 5-ci sinif şagirdləri üçün zəruridir.Biz bu qaydalara riayət edir və  eyni zamanda 2,3,4-cü siniflər üçün də həmin testləri tətbiq edirik.Testlər müntəzəm olaraq hər il may ayında keçirilir, nəticələr şagirdlərin yekun qiymət cədvəlində qeyd edilir və valideynlərə göndərilir.

Bundan başqa 2-5-ci siniflər üçün  NFER ingilis dili üzrə oxu testləri keçirilir.Bu testlər  ildə 2 dəfə, tədris ilinin əvvəlində və  may ayında keçirilir.NFER və SATs testlərinin nəticələri əsasında şagirdlərin ümümi bilik səviyyəsi müəyyən edilir.        

İngiltərə təhsil sistemi üzrə qiymətləndirmə səviyyələri

Britaniya istiqamətindəki məktəbəqədər hazırlıq sinifləri fərqli proqram tədris olunduğu üçün həmin yaş qrupu üzrə qiymətləndirmə səviyyəsi mövcud deyil.Bunun  əvəzində onların bacarıqlarına əks etdirən  anket forması hazırlanır.

  • İngiltərədə KS1 bitirən 7 yaşlı şagirdlərin bilik səviyyəsi -  Level 2 
  • İngiltərədə KS2 bitirən 11 yaşlı şagirdlərin bilik səviyyəsi- Level 4