British School in Baku Azeri

British School in Baku

Baku images

Xaricdə Təhsil

Əsası qoyulandan bugünə qədər “BSB” Tam Orta İnnovasiyalar Məktəbi müxtəlif yaş qrupuna malik şagirdləri müvafiq xaricdə təhsil proqramları ilə təmin etmişdir. Harada yerləşməsindən asılı olmayaraq, biz daim şagirdlərə onların göstəricilərinə və tələblərinə cavab verən kurslar tapmaqda köməklik göstəririk. Bununla əlaqədar “BSB” Tam Orta İnnovasiyalar Məktəbinin Xarici Əlaqələr departamenti dünyanın bir çox təhsil müəssisələri ilə əməkdaşlıq edir. Belə ki, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Birləşmiş Ərəb Əmirliyi, Böyük Britaniya, Çexiya Respublikası, Fransa, Hollandiya, İspaniya, İsveçrə, İtaliya, Kanada, Litva, Macarıstan, Şimali Kipr Türk Respublikası, Türkiyə əməkdaşlıq etdiyimiz ölkələr sırasındadır.

Bununla yanaşı Təkmilləşdirilmiş Səviyyə proqramında (A Level) oxuyan şagirdlər üçün müntəzəm olaraq xaricdə təhsil imkanları və universitetə qəbul haqqında lazımi məsləhətlər verilir, eləcə də ərizə forması doldurulan zaman və müvafiq sənədlərin yığılmasında şagirdlərə təcrübəli mütəxəssislər tərəfindən köməklik göstərilir.

Məktəbimiz tərəfindən şagirdlərə aşağıdakı proqramlar təklif olunur:

  • Dil kurları (qısa və uzunmüddətli kurslar, başlanğıc səviyyədən ali səviyyəyədək)
  • Peşə kursları ( yay, yaz, payız və qış ayıarında təhsil, mədəniyyət və əyləncə xarakterli kurslar)
  • IGCSE və A Level kursları
  • Universitetə hazırlıq kursları / Foundation proqramı
  • Bakalavr və Magistratura pillələri
  • Yeniyetmələr üçün magistraturaya qədər və peşə kursları
  • Biznes kursları

 Məktəbimizin Xarici Əlaqələr departamenti həmçinin “British Council”, Alman Akademik Tədris mərkəzi və Alman Səfiriliyi nəzdində fəaliyyət göstərən Alman “DSH” kursları ilə sıx əməkdaşlıq edir.