British School in Baku Azeri

British School in Baku

Baku images

İbtidai Məktəb A-Z

QƏBUL: Məktəbə yeni dərs ilindən qəbul üçün təqdim olunan ərizələrə may ayından baxılır. Ingilis dili ana dili olmayan şagirdlərin İngilis dilindən imtahan vermələri tələb olunur.

Məktəb ili ərzində müraciət edənlərin ərizələrinə fərdi şəkildə baxılır.  

Qəbul ərizəsi ilə bərabər 100 AZN ödənilir. Şagirdin məktəbə qəbulu təsdiqləndiyindən sonra  50 AZN miqdarında qeydiyyat haqqı ödənilir. Ərizə forması qəbul üzrə mütəxəssisdən və ya məktəbin saytından əldə oluna bilər.


DAVAMİYYƏT: 
Şagirdlər hər hansı səbəbdən məktəbə gəlmədikləri zaman valideynlər məktəbə bu haqda məlumat verməlidir. Məktəb ili ərzində şagirdin məktəbə bir müddət gəlməməsi zəruriəti yaranarsa bu halda valideyn yazılı şəkildə məktəbə müraciət etməlidir.


DƏRSLƏRİN BAŞLANMA VƏ BİTMƏ VAXTI: Şagirdlərin məktəbə vaxtında gəlib-getmələri  vacibdir.  Dərsə hətta cəmi bir neçə dəqiqə gecikən şagird dərs ilə bağlı mühüm məlumatı ötürmüş ola bilər.

Reception - Year 6 şagirdləri üçün dərs gününün müddəti saat 8:30dan 3:00a qədərdir. Şagirdlər məktəbə saat 8:15dən etibarən gələ bilər.

Valideynlər dərs gününün axırında şagirdlərin vaxtında evə getmələrini təmin etməlidir.

ŞAGİRDLƏRİN ÜMUMMƏKTƏB İCLASI: Hər həftənin çərşəmbə axşamı günü keçirilir. İclası adətən ibtidai məktəbin direktoru və ya baş müəllim aparır. İbtidai məktəb şagirdləri bir yerə yığışır, layiq görüldükləri mükafatları alır, yeniliklərlə tanış olur və s.

Məktəb ili ərzində bütün ibtidai siniflər ümumməktəb iclaslarında çıxış edərək dərs zamanı mənimsədikləri bilikləri nümayiş etdirirlər. Ümumməktəb iclaslarına valideynlər də dəvət olunurlar.

AD GÜNLƏRİN QEYD OLUNMASI: Şagirdlərin məktəbdə ad günlərini qeyd etmələri rəğbətlə qarşılanır.   Müəllim heyyəti dəvətnamələrin şagirdlərə paylanmasında valideynlərə köməklik edə bilərlər. Nəzərinizə çatdırırı ki, məktəbdə ad qününün qeyd olunması sinifdə oxuyan bütün şagirdlərin dəvət olunması şərti ilə mümkündür. 

MƏKTƏB İLİN TƏQVİMİ: Məktəb ilin əvvəlində valideynlərə mühüm tarix və günlərin siyahısı verilir. İl ərzində siyahıya edilən əlavə və dəyişikliklər məktəbin  www.bsb-edu.org.uk  saytında əksini tapır.


VALİDEYNLƏRİN ƏLAQƏ NÖMRƏLƏRİ: Fövqəladə hal baş verdiyi zaman valideynlərlə əlaqə yaratmaq üçün valideynlərin hazırda istifadə etdikləri əlaqə nömrələri məktəbə verilməlidir. Ünvan və əlaqə telefonların dəyışməsi haqqında məktəbə vaxtında məlumat verilməlidir. Məktəbə qəbul olan zaman doldurulan sağlamlıq vərəqəində şagirdin sağlamlığında olan hər bir problem haqqında məlumat verilməlidir. Şagirdin sağlamlığında baş verən dəyişikliklər barədə məktəbin tibb işçisinə məlumat verilməlidir.

Valideynlə hər hansı səbəbdən əlaqə yaratmaq imkanı olmadığı zaman, həmin zaman ərzində şagirdlərə görə məsuliyyət daşıyan və ingilis dilini bilən şəxsin  əlaqə nömrələri məktəbə verməlidir.

 ŞİKAYƏT/TƏKLİF/SUALLAR:

 Ümumi məlumat: məktəbin şəffaflıq siyasətinə uyğun olaraq valideynlər qəbula yazılaraq  sinif rəhbəri və istənilən müəllimlə görüşə bilər. Bundan əlavə hər məktəb ilin əvvəlində valideynlərlə görüş və il ərzində iki valideyn iclası keçirilir. 

 Prosedur: Şikayət və ya təklifinizi məktəblə bölüşmək istədikdə aşağıdakı prosedura riayət etməyiniz xahiş olunur:

 

 Hər zaman rəy və qayğılarınızı əvvəlcə sinif rəhbəri ilə bölüşün.

  1. Rəy və qayğılarınızı baş müəllimə çatdırmaq istəyirsinizsə bu zaman sinif rəhbərinin iştirakı ilə onunla görüş təyin edə bilərsiniz.
  2. Rəy və qayğılarınızı müəllim və /və ya baş müəllim ilə bölüşəndən sonra məktəb direktoru qaldırdığınız məsələ haqqında tədbir görəcək. 
  3. Ümid edirik ki, bu prosedur valideynlərin şikayət və təkliflərinin  işgüzar və effektiv şəkildə həll olunmasına xidmət edəcək. Biz inanırıq ki, valideyn və müəllim arasında açıq ünsiyyətin qurulması vacibdir, və valideyn və müəllimlər birləşərək şagirdlərin mənafei üçün böyük işlər görə bilər. 

DƏRNƏKLƏR: Məktəbdə müxtəlif dərnəklər fəaliyyət göstərir. Məktəbin təklif etdiyi dərnəklərdən başqa şagirdlər fəaliyyət göstərən pullu dərnəklərə də yazıla bilər. Bütün dərnəklər barədə məlumat hər semestrın əvvəli valideynlərə göndərilir.

MƏKTƏBİN FÖVQƏLADƏ HALLARDA BAĞLANMASI: Fövqəladə halın baş verməsi nəticəsində (missal üçün, güclü qarın yağması ilə əlaqədar yolların buz bağlaması və s.) əvvəlcədən xəbərdarlıq olmadan məktəbin bağlanması haqqında  valideynlərə telefon vasitəsi ilə məlumat veriləcək. Əlavə məlumat məktəbin internet saytına qoyulacaq və ya valideynlərin elektron ünvanına göndəriləcək.   

KİM: Məktəbdə lazım olan tibbi avadanlıqla təchiz olunmuş həkim otağı fəaliyyət göstərir. Şagirdin evə göndərilməsi lazım olduqda və ya fövqəladə hall baş verdikdə həkim valideynlərlə əlaqə saxlayır. Şagirdlərin sağlamlığına dair məktəbin siyasəti və məktəbə qəbul zamanı şagirdlərin sağlamlığı haqqında tələb olunan məlumat barədə detalları məktəb həkimindən almaq mümkündür. Həmçinin sağlamlıq haqqında vərəqə məktəbin internet saytında yerləşdirilib.

TƏCİLİ YARDIM: Kiçik kəsik və zədələr məktəb həkimi tərəfindən müayinə olunur. Zədənin ciddiliyi barədə şübhə olduğu zaman valideynlərə məlumat verilir.

Valideynlərdən xahiş olunur ki, şagirdlərin məktəbə qəbulu zamanı sağlamlıq haqqında vərəqəni diqqətlə doldursunlar. Şagirdlərin asma, qida məhsullarına allergiya və s. kimi xəstəlikləri və  qəbul etdikləri dərmanlar barədə məlumat verilməsi vacibdir.

TƏTİL: Məktəb ili üç hissədən ibarətdir:
  sentyabr- dekabr (qış tətili)
  yanvar- mart (yaz tətili)
  mart- iyun (yay tətili)

Milli bayram və ümumxalq hüzn günləri məktəbin təqviminə qeyri-iş günü kimi daxil olunur.

Məktəb ili ərzində şagirdin məktəbə bir müddət gəlməməsi zəruriəti yaranarsa bu halda valideyn məktəb direktoruna əvvəlcədən məlumat verməlidir. Valideynlərin  nəzərinə çatdırırıq ki, bu halda şagirdlərin dərslərdən geriləməyinə görə məktəb məsuliyyət daşımır.

Məktəb ili ərzində şagirdin məktəbə bir müddət gəlməməsinə görə məktəb haqqında güzəşt olunmayacaq.

EV TAPŞIRIĞI: Ev tapşırığının yerinə yetirilməsi üçün ayrılan vaxt şagirdlərin yaşına görə müxtəlifdir:

Reception,məktəbəqədər hazırlıq və 1-ci sinif: hər axşam 30 dəqiqədən az (oxu və yazı fənnlərindən)

2-ci və 3-cü siniflər: hər axşam 30 dəqiqə (müxtəlif fənnlərdən)

4-cü və 5-ci siniflər: hər axşam 1 saat (müxtəlif fənnlərdən)

Əlavə məlumat üçün məkəbin ev tapşırığına dair siyasətinə və şagirdlərin ev tapşırığını qeyd etdikləri gündəliyə nəzər yetirməniz xahiş olunur.

KOMANDALAR: Şagirdlər qırmızı, mavi və yaşıl komandalara bölünür. Şagirdlərin komandalara bölünməsi məktəbə qəbul zamanı həyata keçirilir.

Məktəb ili ərzində şagirdlər nümayiş etdirdikləri əla davranış  və işə görə komandalarının hesabına xal artıra bilər. Məktəb ilin axırında ən çox xal toplayan komandaya kubok təqdim edilir.

YOLUXUCU XƏSTƏLİKLƏR: Şagirdlərin yoluxucu xəstəliyə tutulduğu zaman evdə qalmaları vacibdir. Hər yoluxucu xəstəliyin karantin zamanı müxtəlif olduğundan əlavə məlmat üçün məktəbin həkimi ilə əlaqə saxlamaq tövsiyə edilir.


ZİYNƏT ƏŞYALARI: Dərs və məktəb səfərləri zamanı ziynət əşyaların istifadəsinə icazə verilmir. Ziynət əşyaları dedikdə bilərzik,  boyunbağı, üzük və sırğa nəzərdə tutulur.

 

Nəzərinizə çatdırırıq ki, itirilmiş ziynət əşyalarına görə məktəb məsuliyyət daşımır. 

Şagirdlərin makyaj və dırnaq lakından istifadə etmələrinə icazə verilmir.

İBTİDAİ MƏKTƏB PİLLƏLƏRİ: Britaniyanın Milli Tədris Proqramına uyğun olaraq ibtidai məktəb illəri üç pilləyə bölünür:

   Uşaq baxçası və Reception
   Key Stage 1 pilləsi - Məktəbəqədər hazırlıq və 1-ci sinif

   Key Stage 2 pilləsi- 2- 5ci siniflər

  
Məktəb ilin axırında şagirdlərin bilikləri  bütün fənnlərdən yoxlanılır.  Key Stage 2 pillənin axırında (5-ci sinif) şagirdlər UK SATs imtahanlarından keçirlər.  

GÜNORTA YEMƏYİ: Məktəb şagirdləri  müxtəlif çeşidlı ləziz yeməklər ilə təmin edir. Şagirdlərin günorta yeməyini evdən gətirmələrinə icazə verilir. Məktəb şagirdləri içməli su ilə təmin edir.

DƏRMAN PREPARATLARI: Şagirdlərin  qəbul etdiyi dərman preparatları məktəbin həkiminə verilməlidir. Dərmanın üzərində şagirdin adı və soyadı yazılmalıdır. Dərmana həkimin yazdığı resept əlavə edilməlidir. Dərman məktəb həkimin otağında saxlanılmalıdır. Bu qayda yalnız astma xəstələrinin istifadə etdiyi inqalyatorlara şamil edilmir.

Nəzərinizə çatdırırıq ki, şagirdlərə vaxtı-vaxtında dərman peparatlarının verilməsi müəllim heyətinin bir başa işi olmadığı üçün dərmanların vaxtında verilməsinə görə məktəb məsuliyyət daşımır.

PUL: Məktəbə az miqdarda pulun gətirilməsinə icazə verilir. Məktəb itirilmiş pula görə məsuliyyət daşımır.

XƏBƏRLƏR BÜLLETENİ: İbtidai məktəbin direktoru ayda bir dəfə valideynlərə xəbərlər bülleteni göndərir. Bülletendə məktəb təqvimi, dərnəklər, tətil günləri və s. kimi  məlumatlar əksini tapır. 

İŞ SAATI: Məktəb ofisinin iş saatı saat 8.30dan 17:00-a qədərdir.

ÜST GEYİMİ / MƏKTƏB FORMASI: Şagirdlərin fəsilə və havaya uyğun üst geyimin olması vacibdir. Qarlı günlərdə şagirlərin qar topu oynamaları üçün uzun-boğaz çəkmə və su keçirməyən şalvar geyinmələri məqsədə uyğundur.  Yağışlı günlərdən başqa şagirdlər hər gün tənəffüs zamanı məktəbin həyətinə çıxır. Soyuq qış günlərində şagirdlərin papaq, şərf və əlcək geyinmələri məqsədə uyğundur.  Valideynlərdən xahiş olunur ki, bütün geyim əşyalarının üzərində şagirdlərin adını yazsınlar.

 

QAYĞI VƏ İNTİZAM: Şagirdlər məktəbə yalnız bilik əldə etmək üçün yox, həm də bir-biri ilə əməkdaşlıq, ünsiyyət qurmağı, bir-birinə rəğbət hissi ilə yanaşmağı, məsuliyyətli olmağı, həqiqət və düzgünliyə qiymət verməyi örgənmək üçün gəlir. Məktəb işçiləri şagirdlərə böyük qayğı ilə yanaşır, məktəbdə bərabərlik və düzgünlük  atmosferi yaradılıb.

Öz hisslərini cılovlaya bilməyən və həmyaşıdları ilə ünsiyyət qurmağa çalışan şagirdlərin davranışında vaxt aşırı problemlər yaşana bilər. Kiçik problemlər müəllimlərin köməkliyi ilə həllini tapır. Daha ciddi problemləri müzakirə etmək üçün valideynlər məktəbə dəvət olunur. Törətdikləri ciddi xətalara görə şagirdlərin məktəbdən xaric olunmaları istisna olunmur.

ŞƏKİLLƏR: Məktəb ili ərzində şagirdlərin qrup və fərdi şəkilləri çəkilir. Bu şəkillər məktəbdən satın alına bılər. Şagirdlərin şəkilləri məktəbin internet saytında və reklam xarakterli çap materiallarında istifadə olunmasını istəməyən valideynlər bu haqda məktəbin direktoruna yazılı şəkildə məlumat verməlidir.


VALİDEYN-MÜƏLLİM BİRLİYİ: Məktəbin Valideyn-Müəllim  Birliyi yardımçı və könüllü təşkilat kimi fəaliyyət göstərir. Məktəbdə oxuyan bütün şagirdlərin valideynləri və müəllim heyəti bu təşkilatın üzvü sayılır. Övladlarının məktəb həyatında daha yaxından iştirak etmək istəyən valideynlər Birliyin sədrinə müraciət edə bilər.   

 

QİYMƏT CƏDVƏLİ VƏ VALİDEYN İCLASI: Hər məktəb ilin əvvəlində valideynlərlə görüş keçirilir.  Birinci və ikinci semestrda valideynlər iclası keçirilir. Məktəb ilinin axırında şagirdlərin akademik irəliləyişi barədə raport evə göndərilir.


Övladlarının akademik irəliləyişi ilə maraqlanan valideynlər  hər zaman görüş təyin edib istədikləri müəllim, sinif rəhbəri və ibtidai məktəb direktorundan məlumat əldə edə bilər. 
  

TƏHLÜKƏİZLİK TƏDBİRLƏRİ: Şagirdlərin təhlükəsizliyi  hər zaman diqqət mərkəzindədir. Məktəbə gələn qonaq və valideynlərdən xahiş olunur ki, görülən təhlükəsizlik tədbirləri onların övladları üçün həyata keçirildiyini nəzərə alaraq, mühafizəçilərin tələblərinə hörmətlə yanaşsın.

  
Dərs günü ərzində şagirdin hər-hansı səbəbdən məktəbi vaxtından əvvəl tərk etməsi üçün valideyn məktəbə ən uzağı saat 14:00 qədər xəbər verməlidir.  Saat 14:00dan gec olan müraciətin həyata keçirilməsinə məktəb zəmanət vermir.  Anlaşmazlıq baş verdikdə və valideynlərlə əlaqə yaratmaq mümkün olmadığı halda şagird evə dərs günü başa çatdıqdan sonra buraxılacaq.

SƏHƏR YEMƏYİ: Məktəb şagirdləri meyvə və şirin bulkadan ibarət olan səhər yeməyi ilə təmin edir. Reception – Year 1 şagirdləri səhər yeməklərini səhər tənəffüsündən qabaq sinifdə yeyirlər. Year 2-6 şagirdləri səhər yeməyini səhər tənəffüsü zamanı yeyirlər. Məktəb şagirdləri içməli su ilə təmin edir.

İDMAN GÜNLƏRİ: İdman günləri məktəb ilin sonuncu həftələrində keçirilir. Bu tədbirdə bütün şagirdlər iştirak edir və qalib gələn komandaya qalxan təqdim edillir. 

MƏKTƏB FORMASI: Bütün şagirdlər məktəb forması geyinməlidir.  Əlavə məlumat məktəbin internet səhifəsindən əldə edilə bilər.

QİYMƏTLİ ƏŞYALAR: Qiymətli əşyaların məktəbə gətirilməsinə icazə verilmir. Qiymtətli əşyaların itirilməsinə görə məktəb məsuliyyət daşımır.

 

İÇMƏLİ SU: Məktəbin hər mərtəbəsində icməli su dispenseri qoyulub.

İNTERNET SAYTI: Məktəbin öz internet saytı fəaliyyət göstərir. Burada məktəbdə baş verən bütün tədbirlər və yeniliklər barədə məlumat yerləşdirilir. Saytın ünvanı:  http://www.bsb-edu.org.uk