British School in Baku Azeri

British School in Baku

Baku images

Əlavə Hazırlıq Xidməti

Tədris edilən materialların mənimsənilməsində çətinlik çəkən və ev tapşırığının yerinə yetirilməsində yardıma ehtiyacı olan şagirdlər üçün məktəbdə əlavə hazırlıq xidməti göstərilir. Mərkəzdə bütün fənlərdən hazırlıq məşğələləri yüksək ixtisaslı və xüsusi təlim keçmiş müəllimlər tərəfindən həyata keçirilir. Bir məşğələnin müddəti  1-1.5 saatdır.

Məşğələlər dərsdən sonra məktəbdə və ya şagirdin evində istirahət günlərindən başqa hər gün şagirdin dərs saatlarından asılı olaraq saat 3:30-da və ya 16:00-dan 18:00-a qədər keçirilir.

Məşğələlər fərdi və qrup şəklində keçirilir. Xidmətdən istifadə etmək istəyən valideynlərdən ofisə yaxınlaşaraq ərizə doldurmaları xahiş olunur. Məşğələlərin haqqı əvvəlcədən ödənilir.

Məşğələ zamanı müəllimin məqsədi şagirdi istiqamətləndirmək və mümkün qədər yardım etməkdən ibarətdir. Şagirdin yerinə ev tapşırığını yerinə yetirmək  qəti qadağandır. Hazırlıq müəllimləri  şagirdin sinif rəhbəri və fənn müəllimləri ilə sıx əlaqədə işləyirlər.

Qeyd: şagird məşğələni təxirə salması haqda 48 saat əvvəl məlumat verməlidir. Əks təqdirdə həmin məşğələnin başqa vaxt keçirilməsi təmin edilməyəcək.