British School in Baku Azeri

British School in Baku

Baku images

Ümumi Məlumat

BSB-nin orta məktəb saytına xoş gəldiniz. 2007-ci ildə qapılarını şagirdlərə açan BSB Azərbaycanda yeganə Britaniya Beynəlxalq Məktəbidir. Hal-hazırda müxtəlif milliyət və mədəniyyətdən olan 135 şagirdə məktəb ciddi akademik proqram təklif edir,  şagirdlərin beynəlxalq mühitdə gələcək uğurunun təməlini qoyur.

Məktəb şagirdləri fizika, kimya və biologiya fənləri üzrə yüksək səviyyədə təchiz olunmuş labaratoriyalarla, rəsm, musiqi, kompyuter otaqları, kitabxana, resurs mərkəzi daxil olmaqla ixtisaslaşdırılımış avadanlıqla təmin edir. Həmçinin, yenicə təmirdən çıxmış və müasir avadanlıqla təchiz olunmuş yeməkxana şagirdlərin ixtiyarına verilir. Sinif otaqlarının əksəriyyəti interaktiv lövhələrlə təmin olunmuşdur. İnformasiya və kommunikasiya texnologiyaları tədris prosesinin əhəmiyyətli elementlərindəndir. Məktəb ərazisində fəaliyyət göstərən simsiz internet xidməti istənilən sinif otağından internetə daxil olmağa imkan yaradır. Bütün sinif otaqları müasir mebel və avadanlıqla təchiz edilmişdir. Dərs vəsaitlərinin hamısı İngiltərədə sifariş edilmişdir. Məktəbin idman fəaliyyəti yaxınlıqda yerləşən Olimpiya İdman Kompleksi tərəfindən dəstəklənir.

Saytın digər bölmələrində göstərildiyi kimi orta məktəbin məqsədlərindən biri “şagirlərə yaşamağı” öyrətməkdən ibarətdir. Şagirdlər onlara qayğı göstərən, onları dəstəkləyən,  hər birinə individual olaraq yanaşan müəllim heyətindən dərs alırlar. Eyni zamanda şagirdlərdən dərs və davranışda məsuliyyətli olmaları tələb olunur.

Ümid edirik ki, siz vaxt tapıb məktəbimizə gələrək Britaniyasayağı tədrisi Britaniyaya getmdən Bakının mərkəzində şəxsən izləyə biləcəksiniz. Görüş təyin etmək üçün məktəbin ofisinə zəng vurmanız xahiş olunur. Sizi məktəbimizdə gözləyirik!