British School in Baku Azeri

British School in Baku

Baku images

Ümumi Məlumat

Struktur

İbtidai məktəb 3 istiqamətdən ibarətdir; Britaniya İstiqaməti, Beynəlxalq istiqamət və Foundation(dilbilmə səviyyəsi zəif olan şagirdlər üçün xüsusi istiqamət)Həm Britaniya, həm də Beynəlxalq istiqamətdə eyni dərs proqramı tədris olunur və oxşar vəsaitlərdən istifadə edilir.Daha ətraflı məlumat aşağıda qeyd olunmuşdur:

Beynəlxalq istiqamət: Məktəbəqədər hazırlıq-5 ci siniflərdən ibarətdir. Siniflər 2 yerə bölünür:

  • KS1 (məktəbəqədər hazırlıq və 1-ci siniflər);
  • KS2 (2-5-ci siniflər)

 

 Bu istiqamətdə yerli şagirdlərə britaniya tədris proqramından əlavə milli proqram da tədris olunur.(bax: azəri departament bölməsi)  Müəllimlər əsasən Britaniya mütəxəssisləri  tərəfindən təlim keçmiş zəngin dil və iş təcrübəsinə malik yerli vətəndaşlardır.Şagirdlərin verdikləri testlər  Britaniya  istiqamətindəkilərlə eynidir.       

 

Britaniya istiqaməti:  yuxarıda qeyd  olunduğu kimi hər 2 istiqəmətdə tədris proqramı eynidir.Britaniya məktəblərində  olduğu kimi burada da  hazırlıq sinfi üçün 4 yaşlı uşaqlar məktəbə qəbul olunur.Belə ki, bu  istiqamət 3hissədən ibarətdir:

  • Foundation(hazırlıq sinfi)
  • Ks1-(Məktəbəqədər hazırlıq- 1-ci siniflər)
  • KS2 (2-5-ci siniflər)

 

Britaniya istiqamətində milli proqram tədris olunmur.Müəllimlərin əksəriyyəti Böyük Brtianiyadandır, bəziləri isə  müxtəlif xarici  ölkələrdə çalışmış mütəxəssislərdir.

Şagirdlərin verdiyi testlər Britaniya məktəblərindəki testlərlə eyni olduğu üçün  biz nəticələri birbaşa onların standartları ilə müqayisə etməyə müvəffəq oluruq.

Foundation: bu istiqamət məktəbimizdə təhsil almaq istəyən, lakin ingilis dili səviyyəsi olmayan və ya zəif olan şagirdlər üçün fəaliyyət göstərir.Şagirdlər 1 il ərzində digər fənlərlə yanaşı (musiqi, incəsənət, komputer və texnologiya, kitabxana oxu dərsləri və s) ingilis dili dərslərini  intensiv olaraq keçirlər.Mümkün olduqca onlar  digər istiqamətlərdə verilən testləri edirlər.Şagirdlərin  foundation  istiqamətinə yönləndirilməsi əsasən  onların məktəbə qəbul olunmadan öncə verdikləri testin nəticələrinə görə müəyyənləşdirilir.

Dərs vəsaitləri və avadanlıqlar

 Məktəbimizdə şagirdlər üçün xüsusi geniş kitabxana, incəsənət, musiqi, informatika otaqları fəaliyyət  göstərir.Sinif otaqlarıın çoxu  interaktiv lövhələrlə təmin  olunmuşdur ki, bu da onlara dərs zamanı internet və dərs  proqramlarından istifadə etmək imkanını verir.Sinif otaqları Britaniyadan gətirilmə müasir mebellə təchiz olunmuşdur.Dərsliklər isə orijinal Britaniyadan gətirilmədir.Əlavə olaraq ibtidai məktəbdə yenə xaricdən sifariş edilmiş vəsait və avadanlıqlardan  ibarət bölmə də müəllimlərin istifadəsinə verilmişdir.

 

Məktəb və ev

Məktəblə ev arasındakı əlaqə çox mühümdür.Şagirdlər hər rübün sonunda müntəzəm olaraq qiymət cədvəllərini alırlar.İldə 2 dəfə valideyn iclası keçirilir və ilin sonunda yekun qiymət cədvəli verilir.İl ərzində müəyyən edilmiş günlərdə Açıq qapı günləri keçirilir və valideynlər övladlarının dərs prosesini izləyə bilirlər. Həmçinin valideynlərlə məktəb arasındakı əlaqəni daha da artırmaq üçün Valideyn Müəllim Birliyi komitəsi yaradılmışdır.